Bayden Kobaxidzenin adını qonaqlar siyahısından silib

Bu gün, 17:27           
Bayden Kobaxidzenin adını qonaqlar siyahısından silib
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Administrasiyası Prezident Co Baydenin Nyu-Yorkda ənənəvi olaraq keçirdiyi qəbulla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə göndərilmiş dəvəti ləğv edib. Bu barədə "Amerikanın səsi" radiostaniyası məlumat verib.
BMT-nin Baş Assambleyasında iştirak eləmək üçün Nyu-York şəhərinə getmiş dünya liderləri ənənəvi olaraq ABŞ Prezidenti tərəfindən ziyafətə dəvət edilirlər. Tədbir bu gün, sentyabrın 25-də keçiriləcək.
Kobxidzenin adının prezidentin qonaqları siyahısından çıxarılması barəsində informasiya Bayden administrasiyasının təmsilçisi və Konqressdəki mənbə tərəfindən təsdiqlənib.
Bundan başqa, ABŞ administrasiyası Gürcüstanın Baş naziri və nümayəndə heyəti ilə bütün görüşlərdən imtina edib. Kobaxidze ilə görüşdən imtina edənlər arasında Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da var.
"Amerikanın səsi"nin məlumatına görə, ABŞ-ın Gürcüstandan "inciməsinin" əsas səbəblərindən biri "xarici agentlər" barəsində qanunun qəbul edilməsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.