Pezeşkiana qarşı impiçment hərəkatı başladı

25-09-2024, 18:34           
Pezeşkiana qarşı impiçment hərəkatı başladı
İran prezidenti Məsud Pezeşkianın BMT-dəki çıxışı ölkə içində birmənalı qarşılanmayıb. Tribunainfo.az xəbər verir ki, Tehrandakı siyasi dairələr və ekspertlər onun çıxışını “qeyri-peşəkar” hesab ediblər.
Sağ təçayülün nümayəndələrindən olan Hüseyn Şəriətmədari bildirib ki, Pezeşkian siyasətçi deyil. “Onun çıxışı o qədər yumuşaq idi ki, bunu prezidentə yaraşdırmaq mümkün deyil. Prezident siyasətçi olmalıdır, sözlərində ötəkmlik vacibdir. Lakin biz bunu Pezeşkiandan görmədik”.
Bunun ardından isə seçkilərdə İran prezidentinin rəqibi olan Səid Cəlilinin tərəfdarları da fəallaşmağa başlayıblar. Tribunainfo.az xəbər verir ki, ekstremist qüvvələrin rəhbəri olan Cəlilinin tərəfdarları Pezeşkiana qarşı impiçment tətbiq edilməsi üçün sosial şəbəkələr üzərindən kampaniya başladıblar. Belə ki, onlar sosial şəbəkələrdə “Pezeşkian istefa versin” haştaqı yaradıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru