ABŞ-dan miqrantlarla bağlı sərt qərar: Müvəqqəti humanitar giriş proqramı uzadılmayacaq
7-10-2024, 17:54
Bayden administrasiyası proqramı miqrantlara ölkəyə qanuni şəkildə daxil olmaq imkanlarını təmin etmək, eyni zamanda ABŞ-Meksika sərhədindən qeyri-qanuni keçidlərin sayını azaltmaq yolu kimi işə salıb. ABŞ administrasiyası miqrantlar üçün müvəqqəti humanitar giriş proqramını uzatmayacaq. Bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) məlumat yayıb. Kuba, Haiti, Nikaraqua və Venesueladan olan təxminən 530,000 miqrant 2022-ci ilin oktyabr ayından ABŞ-a hava yolu ilə gəlib və yaxın həftələrdə başa çatacaq humanitar proqram çərçivəsində iki illik qrantlar alıb. Departamentdən verilən məlumata görə, Bayden administrasiyası proqramı miqrantlara ölkəyə qanuni şəkildə daxil olmaq imkanlarını təmin etmək, eyni zamanda ABŞ-Meksika sərhədindən qeyri-qanuni keçidlərin sayını azaltmaq yolu kimi işə salıb. Bundan əvvəl “The Hill” qəzeti ABŞ-da haitili miqrantların maraqlarını təmsil edən “Haiti Bridge Alliance” qeyri-kommersiya təşkilatının, Trampın Ohayoda yaşayan haitili miqrantların qanunsuz hərəkətləri ilə bağlı söylədiyi sözlərə görə məhkəməyə müraciət etdiyini yazmışdı.