İsrail Sülh İstəyir? İsrail Müdafiə Naziri və Prezidentindən vacib mesajlar
28-10-2024, 09:28
İsrail Müdafiə naziri Yoav Qallant “Aksa Tufanı” əməliyyatının qurbanlarının anım günü münasibətilə təşkil olunan tədbirdə bildirib ki, Qəzzada “Həmas”-ın əlindəki əsirləri geri almaq üçün bəzi “çətin güzəştlərə” getmək lazımdır. Nazir əlavə edib ki, müharibə mürəkkəb və bənzərsiz çətinliklərlə doludur və bəzi məqsədlərə çatmaq üçün hərbi yol kifayət etmir. “Müharibənin başladığı vaxtdan bir il ötüb. Bu bir il ərzində biz düşmənlərimizə ağır zərbələr endirdik, təhlükəsizliyimizə nə qədər dəyər verdiyimizi hamıya göstərdik. Amma həm də ağır zərbələr aldıq.
Bu müddət ərzində biz analoqu olmayan uğurlar qazandıq- Cənubi Qəzza artıq hərbi mənada hərəkət edə bilmir, “Hizbullah” liderlərini itirib, həm “Hizbullah”-ın həm də “Həmas”-ın subordinasiyası pozulub, artilleriya hücumlarının əksəriyyəti zərərsizləşdirilib, “Hizbullah” sərhədyanı regiondan geri çəkilib”-Qallant əlavə edib.
Xatırladaq ki, eyni gün anım ziyafətində İsrail Prezidenti İsaak Hersoq da atəşkəs barədə danışıb. O, deyib ki, Yəhya Sinvarın (Red. “Həmas”-ın mərhum lideri) öldürülməyi atəşkəs üçün münbit şərait yaradıb.