Sadhquru: "Bu gedişlə 50-60 il sonra gələcək nəsillər üçün təbiətdən heç nə qalmayacaq"

12-11-2024, 11:18           
Sadhquru: "Bu gedişlə 50-60 il sonra gələcək nəsillər üçün təbiətdən heç nə qalmayacaq"
"Dünyanın ən böyük problemi onun məhv olma astanasında olmasıdır".

Bunu "İşa" Xeyriyyə Fondunun təsisçisi Sadhquru (Caqqi Vasudev) deyib.

O bildirib ki, qida ehtiyatları artırılmalı, təbii materiallardan daha çox istifadə edilməlidir:

"Hər şeyi inkişaf etdirməyə çalışdığımız dönəmdə planetimizin qeydinə qalmağı unutduq. Bizim yeniliklərə ehtiyacımız var, amma ana təbiətin gözəlliklərini də qoruyub saxlamalıyıq. İqlim dəyişikliyinə ayrılan diqqət və qayğı problemin həlli istiqamətində ən böyük addımlardan biridir. Ən modern texnologiyan olsa da, onu istifadə edə biləcək yararlı planetin yoxdursa, sən artıq məğlub olmuş sayılırsan. Son 25-30 ildə milli dəyərlərimiz dəyişib və bununla mübarizə aparmaq məcburiyyətində qalmışıq. Bu gedişlə 50-60 il sonraya baxsaq, gələcək nəsillər üçün təbiətdən heç nə qalmayacaq. Dəhşətli səslənir. Dünyanın yaşıllıqları və mühafizəsi neftdən və onu əldə etmək üçün sərf edilən səylərdən daha önəmlidir".

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.