Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan
14-11-2024, 07:24
Ermənistan Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün rəsmi ərizə təqdim etməyib.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün heç bir Ermənistan rəsmisi müraciət etməyib və qeydiyyatdan keçməyib”, - Mirzoyan bildirib.
O, COP29-da iştirak üçün vətəndaş cəmiyyəti təşkilatlarının ərizə ilə müraciət edə biləcəyini istisna etməyib:
“Yayılan məlumatda bu nəzərdə tuturlarsa, mümkündür. Bilirsiniz ki, Ermənistan azad, demokratik ölkədir. Ermənistan hökumətinin isə vətəndaş cəmiyyəti təşkilatlarını istiqamətləndirmək və idarə etmək üçün nə istəyi, nə də rıçaqları var”.
Qeyd edək ki, COP29-da iştirak etmək üçün Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçdiyi haqda məlumat yayılmışdı.