“Oynadığı oyunu bilirəm” - ABŞ siyasətçisindən Trampa reaksiya

Bu gün, 15:54           
“Oynadığı oyunu bilirəm” - ABŞ siyasətçisindən Trampa reaksiya
ABŞ-nin BMT-dəki (BMT) keçmiş daimi nümayəndəsi Nikki Heyli ABŞ-nin yeni prezidenti Donald Trampın ona kabinetində vəzifə verməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Heyli "SiriusXM" radio kanalına verdiyi açıqlamada "Mənim onun kabinetində olmaq fikrim yox idi. O, bunu bilirdi" deyib.

Trampın onu ictimaiyyət qarşısında alçaltmaq üçün əlindən gələni etdiyini ifadə edən Heyli daha sonra bildirib:"Oynadığı oyunu bilirəm. Bu oyunu oynamağa ehtiyacım yoxdur".

Qeyd edək k Tramp “Truth Social” sosial media hesabındakı paylaşımında Heyli və keçmiş dövlət katibi Mayk Pompeonu yeni administrasiyaya dəvət etməyəcəyini açıqlayıb.

Heyli isə sosial media hesabından etdiyi paylaşımda "Ona qarşıdakı dörd il ərzində bizi daha güclü və təhlükəsiz Amerikaya aparacaq missiyasında böyük uğurlar arzulayıram" yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.