“DÜZ HƏRƏKƏT ETMİŞƏM” - Paşinyan kapitulyasiya qərarını necə verdiyini açıqladı

15-11-2024, 15:34           
“DÜZ HƏRƏKƏT ETMİŞƏM” - Paşinyan kapitulyasiya qərarını necə verdiyini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışı zamanı bildirib ki, Azərbaycanla 10 noyabr 2020-ci il tarixli bəyanatı (kapitulyasiyanı-red.) imzalayarkən onunla olan həmkarlarının fikri ilə maraqlanmayıb.

Paşinyan həmin günü xatırlayarkən deyib: “9 noyabr 2020-ci il, o anda bir çox həmkarım ofisimdə idi. Dedim: “İndi məni heç kimin fikri maraqlandırmır, bu məsuliyyəti öz üzərimə götürürəm və bu bəyanatı imzalayacağam”. Düşünürəm ki, mən düzgün hərəkət etmişəm”.

Onun sözlərinə görə, elə vaxtlar olur ki, insan məsuliyyəti öz üzərinə götürməlidir və həmin vaxt da bu vəzifə onun üzərinə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru