Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
Bu gün, 07:44
Abxaziya prezidenti Aslan Bjaniya müxalifətin tələbi ilə istefa verib.
Azpost.info bildirir ki, artıq bir neçə aydır ki, Abxaziyada Rusiya ilə investisiya sazişi ilə bağlı gərginlik hökm sürür.
Bu gün Suxumida deputatlar Rusiya ilə investisiya sazişinin ratifikasiyası məsələsinə baxılmasını təxirə salıblar. Bu qanuna Abxaziyanın bir çox sakinləri və müxalifəti etiraz edir. Toplaşan sakinlər sazişin ümumiyyətlə gündəmdən çıxarılmasını tələb edirlər.
Etirazçılar maşınla parlament binasına doğru irəliləyiblər. Etirazçılar maşınla parlamentin darvazanı qıraraq meydana axışıb.
Keçən ilin yazında Abxaziya hakimiyyəti mənzillər haqqında qanun qəbul etməyə çalışıb. Bu, vətəndaşların hiddətinə səbəb olub və özünü respublika elan etmiş Abxaziyanın “prezidenti” Aslan Bjaniya qanunu geri götürüb. Lakin indi müxalifət Abxaziya hakimiyyətini “Abxaziya ərazisində hüquqi şəxslərin investisiya fəaliyyəti haqqında Rusiya Federasiyası ilə idarələrarası saziş” vasitəsilə bu qanunu yenidən tətbiq etmək üçün gizli cəhddə ittiham edir.
Müxalifətin fikrincə, bu razılaşma Qaqra bölgəsində nəhəng turizm kompleksi tikən Aleksandr Tkaçovla əlaqəli strukturların maraqlarına lobbiçilik edir və yerli vergilərdən, rüsumlardan və s. azadlığı təşviq etməyə çalışır.