"TRAMPI ÖLDÜRMƏYƏCƏYİK" - İki ölkə arasında rəsmi razılıq əldə olunub

17-11-2024, 11:43           
"TRAMPI ÖLDÜRMƏYƏCƏYİK" -
İran ABŞ-nin yeni prezidenti seçilən Donald Trampa qarşı sui-qəsdlər təşkil etməyəcəyinə dair yazılı zəmanət verib.

Bu barədə ABŞ-nin aparıcı media qurumlarından olan “Wall Street Journal” nəşri məlumat yayıb.

ABŞ rəsmilərinə əsaslanan xəbərə görə, son aylarda iki ölkə arasında Trampla bağlı yazışmalar olub. ABŞ rəhbərliyinin sentyabr ayında Tehrana özəl məktub göndərdiyi, İranın Trampa qarşı təhdidlərinin “milli təhlükəsizlik problemi” kimi qiymətləndirildiyi və bununla bağlı hər hansı bir təşəbbüsün “müharibə səbəbi” kimi qiymətləndiriləcəyi ilə bağlı xəbərdarlıq edildiyi iddia edilib.

Bu məktuba cavab olaraq İran oktyabrın 14-də verdiyi yazılı cavabda Vaşinqtonu Trampı öldürməyə cəhd etməyəcəyinə əmin edib.

Digər tərəfdən, sözügedən xəbərlərdə yer alan iddialarla bağlı İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyindən yazılı açıqlama verilib.

Bəyanatda:"İki ölkə arasında gedən rəsmi yazışmaların təfərrüatları ilə bağlı açıqlamalar vermirik",-deyə qeyd olunub və sözügedən iddialar təkzib olunmayıb.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymani 3 yanvar 2020-ci ildə Trampın prezidentliyi dövründə İraqın paytaxtı Bağdadda ABŞ-nin pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub. Bu hücumdan sonra ABŞ ilə İran arasında gərginlik artıb. İran Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ rəsmilərinə, xüsusilə də keçmiş prezident Trampa qarşı sui-qəsdlər planlaşdırıb və bu cəhdlər uğursuz olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru