“Gürcü Arzusu”na qarşı DİPLOMATİK MARŞ

1-12-2024, 17:37           
 “Gürcü Arzusu”na qarşı DİPLOMATİK MARŞ
Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarından sonra ölkənin xarici ölkələrdəki səfirləri istefa verməyə başlayıb.

Modern.az-ın xəbərinə görə, ötən gün Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, habelə ölkənin ABŞ və Litvadakı səfirləri David Zalkaliani və Salome Şafakidze, Niderland Krallığındakı səfiri David Solomonia paytaxt Tbilisi və digər şəhərlərdəki etirazlar fonunda istefa veriblər.

David Solomonia istefa ərizəsində öz vəzifə borcunu vicdanla yerinə yetirdiyini qeyd edib:

“İnanırdım ki, proseslərə müəyyən qədər də olsa təsir edə bilərəm. Bu gün bu ümid sona çatdı”.

Qeyd edək ki, David Zalkaliani ölkənin sabiq xarici işlər naziridir. Yaxın saatlarda isə Bolqarıstandakı səfir Otar Berdzenişvili və İtaliyadakı səfir İrakli Vekua da istefa veriblər. Bildirilir ki, istefalar davam edəcək.

Xatırladaq ki, səfirlər hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verdiklərini açıqlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru