Skott Bessent: ABŞ iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər

17-01-2025, 11:34           
Skott Bessent: ABŞ iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər
“Konqres hərəkətə keçməsə, Birləşmiş Ştatlar 2025-ci ilin sonuna qədər iqtisadi böhran və tarixin ən böyük vergi artımı ilə üzləşə bilər”.

Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən ölkənin maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən Skott Bessent deyib.

Senatın Maliyyə Komitəsində dinləmələrdə çıxış edən Skott Bessent deyib: “Amerikalılar ilin sonunda yaşa biləcək iqtisadi böhrana sürətlə yaxınlaşırlar. Konqres hərəkətə keçməsə, amerikalılar tarixin ən böyük vergi artımı ilə üzləşəcək. Bu rəqəm 4 trilyon dollar təşkil edəcək”. \\Report.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru