“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” - “İrana birbaşa quru dəhlizi açmalıyıq”

18-01-2025, 15:14           
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” - “İrana birbaşa quru dəhlizi açmalıyıq”
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Panama, Kanada və Qrenlandiya barədə söylədiyi ekspansionist açıqlamalar, gözlənildiyi kimi, Rusiyadakı imperialist dairələri və Kreml təbliğatçılarını həvəsləndirib.

“AzPolitika” xəbər verir ki, Kremlin ən tanınmış təbliğatçısı sayılan Vladimir Solovyov öz verilişində Trampın son açıqlamalarını əsas gətirərək, Rusiyanın Gürcüstan və Ermənistan ərazisindən keçməklə, İrana quru dəhlizi açmaq hüququnun olduğunu bəyan edib: “Tramp deyir ki, Panama bizimdir. Bəs biz deyirikmi ki, baxın, biz Ermənistana bu qədər pul yatırmışıq, amma indi ABŞ sadəcə, Paşinyanı satın almaqla orada baza yaradır?...

Bizim üzümüzə tüpürürlər. Nə istəsələr, edirlər. Biz isə üzümüzü silib deyirik ki, bizim Ermənistanla münasibətlərimiz var. Bəs desək ki, bizim Qafqazda milli maraqlarımız var? Bizim İranla da münasibətlərimiz var, amma İrana quru dəhlizimiz varmı? Yox. Bəs biz Gürcüstan və Ermənmistana desək ki, bizim milli maraqlarımıza görə İrana birbaşa dəhlizimiz olmalıdır? Hələ 2008-ci ildə bunu etməli idik... Deyəcəklər ki, Rusiya imperialistdir. Yaxşı, Qrenlandiya olar, Panama olar, Kanada olar, Rusiya isə imperialistdir?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru