Pentaqon rəhbəri NATO tərəfdaşlarını Avropanın müdafiəsində rollarını artırmağa çağırıb

15-02-2025, 17:04           
Pentaqon rəhbəri NATO tərəfdaşlarını Avropanın müdafiəsində rollarını artırmağa çağırıb
Birləşmiş Ştatlar NATO alyansının Sakit okean cinahını müdafiə etməyə diqqət yetirdiyi bir vaxtda ABŞ-ın müdafiə naziri Pit Heqset NATO-nun avropalı üzvlərini Avropanın müdafiəsində rollarını artırmağa çağırıb.

Onun fikrincə, bu, Avropa müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in 2%-dən ÜDM-in təxminən 5%-nə qədər əhəmiyyətli dərəcədə artırmağı tələb edəcək.

"Dəyərlər haqqında istədiyimiz hər şeyi danışa bilərik. Dəyərlər vacibdir, lakin siz dəyərlərlə atəş aça bilməzsiniz, bayraqlarla atəş aça bilməzsiniz və güclü çıxışlarla atəş aça bilməzsiniz. Sərt güc əvəzsizdir", Heqset cümə axşamı NATO-nun Brüsseldəki mənzil-qərargahında jurnalistlərə deyib.

Keçən il NATO-nun avropalı müttəfiqləri 2014-cü ildə 2%-lik müdafiə xərcləri hədəfi təyin etdikdən sonra ilk dəfə olaraq ümumi daxili məhsullarının 2%-ni, yəni təqribən 380 milyard dollar məbləğində xərcləyiblər. ABŞ hazırda ÜDM-in təxminən 3,5%-ni müdafiəyə xərcləyir. Digər qeyri-Avropalı NATO müttəfiqi olan Kanada hazırda ÜDM-nin təxminən 1,4%-ni müdafiəyə xərcləyir.

"NATO böyük ittifaqdır, tarixin ən uğurlu müdafiə ittifaqıdır, lakin gələcək üçün ayaqda qalmaq üçün tərəfdaşlarımız Avropanın müdafiəsi üçün daha çox iş görməlidirlər", Heqset bildirib. O vurğulayıb ki, Sakit okean regionunda Çin aqressiyasının qarşısını almaq səylərində “həqiqətən yalnız ABŞ rəhbərlik edə bilər”.

O deyib ki, ABŞ Çinlə münaqişəyə can atmır, nə də Çinlə münaqişənin qaçılmaz olduğunu düşünür, lakin o iddia edib ki, adminsitrasiya Hind-Sakit Okean bölgəsindəki çəkindirmənin "yalnız reputasiya deyil, sərt gücdən çəkindirmə" olduğunu təmin etmək üçün müttəfiqlərlə işləməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.