Tramp: ABŞ Aİ-yə qarşı tariflərlə bağlı qərarı artıq verib

27-02-2025, 10:38           
Tramp: ABŞ Aİ-yə qarşı tariflərlə bağlı qərarı artıq verib
ABŞ Avropa İttifaqından idxal olunan mallara 25 % gömrük rüsumunun tətbiqi ilə bağlı qərarı artıq qəbul edib və bu barədə yaxın vaxtlarda məlumat veriləcək.

Bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında bildirib.

"Biz qərar qəbul etmişik. Çox yaxında bunu açıqlayacağıq. Ümumi götürdükdə, bu, 25 % olacaq. Həm də avtomobillərə və hər şeyə münasibətdə olacaq", - D. Tramp deyib.

Tramp qeyd edib:

"Avropa ölkələrini bəyənirəm. Amma Avropa İttifaqı ABŞ-dən yararlanmaq üçün yaradılıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru