Tərəflər Ukraynada həllə yaxındırlar - Uolts

24-03-2025, 11:34           
Tərəflər Ukraynada həllə yaxındırlar - Uolts
Vaşinqton administrasiyası hesab edir ki, Rusiya – Ukrayna müharibəsinin nizamlanması ilə bağlı danışıqların tərəfləri indi sülhə əvvəlkindən daha yaxındırlar.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts CBS telekanalının efirində bildirib.

“Biz [nizamlanmaya] yaxınlaşırıq və indi sülhə əvvəlkindən daha yaxınıq”, – o qeyd edib.

Uolts vurğulayıb ki, Moskva və Vaşinqton martın 24-də keçiriləcək Rusiya – Ukrayna müharibəsi üzrə danışıqlarda atəşkəsin təftişi, sülhməramlı kontingent, həmçinin ərazilərin mənsubiyyəti məsələlərini müzakirə edəcəklər.

“Biz faktiki olaraq döyüş təmas xətti olan nəzarət xətti haqqında danışacağıq. Bu həmçinin atəşkəsin təftişi mexanizmləri, sülhməramlılıq, xətlərin hazırkı vəziyyətdə dondurulması ilə bağlı təfərrüatları əhatə edir. Sonra, sözsüz, daha geniş və daimi sülh. Bu, daimi və uzunmüddətli sülh müqabilində ərazi mübadiləsi haqqında müəyyən müzakirə olacaq”, – o, təfərrüatlara varmadan əlavə edib.

“Ukrayna tərəfi bundan təhlükəsizlik zəmanətləri kimi danışır”, – Trampın müşaviri qeyd edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru