Pakistanın Baş nazirinin müavini Azərbaycanla əlaqələri gücləndirməyi tapşırdı

26-03-2025, 11:37           
Pakistanın Baş nazirinin müavini Azərbaycanla əlaqələri gücləndirməyi tapşırdı
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsinə tapşırıq verib.

Hurriyyet.Az Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu o, nazirliklərarası iclasda bildirib.

Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

M.İ.Dar həmçinin Azərbaycanın iştirakı ilə həyata keçiriləcək investisiya layihələri ilə bağlı işləri sürətləndirməyi tapşırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.