Rutte Rusiyanı Polşaya hücum etməməsi barədə xəbərdar etdi: “NATO-nun reaksiyası məhvedici olar”

27-03-2025, 08:08           
Rutte Rusiyanı Polşaya hücum etməməsi barədə xəbərdar etdi: “NATO-nun reaksiyası məhvedici olar”
NATO-nun baş katibi Mark Rutte Rusiyanın prezidenti Vladimir Putini Polşaya hücum etməməsi üçün kəskin sözlərlə xəbərdar edib. Rutte Varşavaya səfəri zamanı bildirib ki, alyansın cavabı “məhdvedici” olacaq. Bu, Putinə və “bizi hücum etmək istəyən hər kəsə” aydın olmalıdır.
Rutte Polşanın baş naziri Donald Tusk ilə görüşdən sonra bildirib ki, Rusiya hücum edərsə, “qətiyyətli bir ittifaqın bütün sərtliyini” hiss edəcək. O əlavə edib ki, nə Putin, nə də başqası belə bir hücumla cəzasız qalacağını düşünməməlidir.
Tusk: “Rutte-nin sözləri Polşa üçün çox vacibdir”
Donald Tusk Rutte-nin sözlərinə görə minnətdarlığını bildirib və onların Polşa üçün çox vacib olduğunu vurğulayıb. NATO-nun şərq cinahında - Polşa və Baltikyanı ölkələrdə belə bir qorxu var ki, Rusiya Ukraynada qalib gəldikdən sonra Qərb alyansının həmrəyliyini sınaqdan keçirmək üçün məhdud əməliyyatlar həyata keçirə bilər.
Bu kontekstdə Rutte Avropada müdafiə xərclərinin artırılması planlarını alqışlayıb. O, Rusiyanın “hərbi iqtisadiyyata” keçdiyini və bunun ordusunun imkanlarına böyük təsir etdiyini xatırladıb.
İsveç: “Soyuq Müharibədən bəri ən böyük silahlanma”
İsveç hökuməti qarşıdakı on ildə müdafiə xərclərini ÜDM-in 2,4 faizindən 3,5 faizinə qaldıracağını açıqlayıb. Baş nazir Ulf Kristerssonun sözlərinə görə, bu, təxminən 28 milyard avroluq artıma bərabərdir. Bu, İsveçin Soyuq Müharibədən bəri ən böyük hərbi güclənməsi olacaq. Əvvəlki artımlar adi büdcədən maliyyələşdirilsə də, Kristersson bildirib ki, bu dəfə əlavə vəsait kreditlər hesabına təmin ediləcək.
Sarvan Səmədoğlu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.