Nikolun “Qarabağ hərəkatı”ndan imtina etməsinin səbəbi

27-03-2025, 10:12           
Nikolun “Qarabağ hərəkatı”ndan imtina etməsinin səbəbi
Baş nazir Nikol Paşinyan Ermənistan parlamentində dünənki çıxışında “Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olur” deyərkən ölkəsinin üzləşə biləcəyi təhlükəyə işarə edib. “Qarabağ hərəkatı davam etməməlidir” deyən Paşinyan parlamentdəki müxalifət təmsilçlərindən fərqli olaraq anlayır ki, bu “hərəkatın” davamı Azərbaycanla sülhə əsas əngəllərdən biridir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Sülh sazişi ilə “Qarabağ hərəkatı” bir araya sığmır. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra qonşu ölkədə “Qarabağ hərəkatı” fəaliyyətini davam etdirərsə, bu, həmin sənədin əhəmiyyətsiz olacağına dəlalət edəcək. Belə çıxacaq ki, Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, digər tərəfdən qonşu dövlətdə ölkəmizin ərazisinə iddia edən “hərəkat” fəaliyyətini davam etdirəcək. Bu, qarşıdurmanın davamı demək olacaq. Bunu anlayan və Azərbaycanla yeni müharibədən qorxan Paşinyan “Qarabağ hərəkatının” fəaliyyətini qadağan etməlidir”, - politoloq vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru