Zelenskidən proqnoz: “Putin tezliklə öləcək və hər şey bitəcək”

28-03-2025, 10:18           
Zelenskidən proqnoz: “Putin tezliklə öləcək və hər şey bitəcək”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin tezliklə öləcəyini söyləyib.

Bunu dövlət başçısı “Eurovision News”un jurnalistləri ilə Putinin məqsədləri və qorxularından danışarkən deyib.

“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, – Zelenski müsahibəsində vurğulayıb.

72 yaşlı Putinin niyə “tezliklə” öləcəyini düşündüyünü Zelenski izah etməyib. BBC-yə görə, müsahibənin ümumi konteksti və bu ifadənin oradakı yeri Zelenskinin ən yaxın gələcəyi nəzərdə tutmadığını ehtimal etməyə imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru