Rusiya-ABŞ danışıqlarının 2-ci raundu bu tarixdə olacaq

28-03-2025, 12:06           
Rusiya-ABŞ danışıqlarının 2-ci raundu bu tarixdə olacaq
Rusiya-ABŞ məsləhətləşmələrinin ikinci raundu Ukrayna münaqişəsinin həlli üzrə aprelin ortalarında Ər-Riyadda baş tuta bilər.
Ajans.az xəbər verir ki, bu barədə TASS-a danışıqların təşkili prosesində iştirak edən mənbə məlumat verib.

"Rusiya və ABŞ arasında texniki məsləhətləşmələr davam edəcək, baxmayaraq ki, növbəti raundun keçirilməsi ilə bağlı təşkilati məsələlər hələ müzakirə olunmayıb", – agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndələrinin Qara dəniz taxıl təşəbbüsünün bərpasına həsr olunmuş görüşü baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru