“Ən yaxşı məsləhətçim həyat yoldaşımdır” — Zelenski
29-03-2025, 15:24
Ukrayna Prezidenti Volodimir Zelenski məsləhət üçün ən çox həyat yoldaşı Yelena Zelenskayaya müraciət etdiyini bildirib.
Demokrat.az xəbər verir ki, o bu barədə “Le Figaro” qəzetinə müsahibəsində danışıb.
“Əlbəttə ki, mənim çoxlu məsləhətçilərim var. Amma onlar arasında həyat yoldaşım ən yaxşılarından biri olub. Onun fikirləri mənim üçün xüsusilə vacibdir”, - deyə Zelenski bildirib.