Qum isə Trampla nə birbaşa dialoqa tərəfdardır, nə də Ağ Ev sahibinin şərtlərini qəbul edir.

31-03-2025, 09:24           
Qum isə Trampla nə birbaşa dialoqa tərəfdardır, nə də Ağ Ev sahibinin şərtlərini qəbul edir.
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar təklifini əks etdirən məktubu ali dini lider Əli Xameneyiyə göndərmişdi.
Bununla Tramp İranda söz sahibinin ali dini lider olduğunu qəbul etmişdi. Ali dini lider əvvəlcə Trampa cavab məktubu göndərmək istəmirdi, sonra fikrini dəyişdi, müşaviri Əli Şəmxani bildirdi ki, Tehran Vaşinqtonla dolayı danışıqlara açıqdır, ancaq bunun üçün “bərabər əsaslı və qarşılıqlı hörmətə əsaslanan şərtlər” olmalıdır.
Tramp iranlı həmkarı Məsud Pezeşkiana məktub göndərməsə də, o da Ağ Ev sahibinə cavabında ali dini liderin söylədiklərini təkrarladı: “Vasitəçilər üzərindən danışıqlar mümkündür”. Məsud Pezeşkian bunları da söylədi: “ABŞ əvvəlcə etimadı bərpa etmək, keçmişdəki yanlışları aradan qaldırmalıdır”. Gör kimə nə məsləhət görürlər.
Tramp “yanlışları aradan qaldırsaydı” Barak Obamanın dövründə İranla imzalanan nüvə razılaşmasına geri qayıdış edərdi. Ağ Ev sahibi həmin razılaşmaya qayıtmaq istəmir, o Tehrandan yeni razılaşmanın müzakirəsini tələb edir. Tehran, daha doğrusu Qum isə Trampla nə birbaşa dialoqa tərəfdardır, nə də Ağ Ev sahibinin şərtlərini qəbul edir.
Belə olan halda Tramp İrana qarşı hədələyici tonunu sərtləşdirib. Ağ Ev sahibi “NBC News” kanalına müsahibəsində bildirib ki, “əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq”. İsrailin də Trampdan istədiyi budur.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.