Vens: ABŞ Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çalışacaq

2-05-2025, 12:14           
Vens: ABŞ Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çalışacaq
ABŞ administrasiyası qarşıdakı 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çox fəal şəkildə çalışacaq.

APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, irəli sürülən sülh təşəbbüsü tərəfləri bir masa arxasında toplamaq yolunda ilk addım olub.

“Gələcək 100 gün ərzində tərəfləri danışıqlar masasına əyləşdirmək üçün çox aktiv çalışacağıq”, – deyə ABŞ-nin vitse-prezidenti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru