"Rusiya qəbuledilməz şərtlər irəli sürdü"

17-05-2025, 08:24           
"Rusiya qəbuledilməz şərtlər irəli sürdü"
İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyəti həqiqətən də Ukrayna üçün qəbuledilməz olan bir sıra fikirlər səsləndirdi.

TNS xəbər verir ki, bu barədə İstanbulda keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib.

"Bildiyiniz kimi, 2014-cü ildən başlayaraq bizim ruslarla danışıqlarda böyük təcrübəmiz var. Ukrayna nümayəndə heyəti sakit, yaxşı iş gördü. Bizim əsas mövqeyimiz dəyişməz qalıb", - deyə o bildirib.

Tixinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti prinsipial mövqe nümayiş etdirərək və öz xəttinə sadiq qalaraq bu təkliflərə sakit reaksiya verib.

Qeyd edək ki, ukraynalı deputat Yaroslav Jeleznyak İstanbulda keçirilən bugünkü görüşdə Rusiya nümayəndə heyətinin atəşkəs üçün şərt olaraq Ukraynadan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən qoşunlarını çıxarmasını tələb etdiyi haqda məlumat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru