Tramp G20 sammitini buraxa bilər

Dünən, 10:48           
Tramp G20 sammitini buraxa bilər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun Yohannesburqda keçiriləcək G20 sammitində iştirakı ehtimalı azdır.

O, Cənubi Afrika Respublikasının (CAR) "çox pis" siyasəti səbəbindən noyabrın 22-23-də keçiriləcək G20 liderlərinin görüşünə qatılmayacağını vurğulayıb.

Bu barədə ABŞ lideri təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

"Çünki onların Cənubi Afrikada çoxlu problemləri var. Onların çox pis siyasətləri var, insanları öldürürlər. Buna görə də çox güman ki, getməyəcəyəm", - deyə Tramp bildirib.

O əlavə edib ki, ABŞ-dən sammitə başqasını göndərə bilər.

Tramp fevral ayında CAR-ın ağdərili fermerlərə qarşı "görülməmiş hərəkətlərinə" görə Birləşmiş Ştatların Cənubi Afrikaya yardımı dayandıracağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru