Arif Məmmədov : Bəzi KİV-lər Norveçdə siyasi sığınacaq axtardığım barədə məlumat yayıb. Bunu görməyəcəksiniz.
7-06-2015, 12:41
"Dünən məzuniyyətdən sonra Belçikaya qayıtmışam və Belçika XİN-in, Avropa institutlarının artıq bu biabrıçılıqdan xəbərdar olduğunu bilib, şoka düşmüşəm"
İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin hazırkı rəhbəri, bundan əvvəl isə Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa İttifaqında təmsil etmiş Arif Məmmədovun ətrafında yaranmış qalmaqal səngimək bilmir. Öz Facebook səhifəsində paylaşdığı qeydə görə hədəfə alınan səfir iyunun 7-də sosial şəbəkə vasitəsilə xalqa müraciət edib.
Meydan TV cənab Məmmədovun müraciətini olduğu kimi təqdim edir.
“Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı!
Ölkənin ən yaxşı diplomatlarının “ovuna” başlanmasından olduqca təəcüblənmişəm və hiddətlənmişəm. Repressiyalar əmri ölkənin repressiv fabrikindən gəlib.
Bu hakimiyyətə Eynulla Fətullayev və onun kimilər lazımdır. Bakıdakı yanğında ölənlərin ailələrinə yazdığım başsaqlığı sözlərimi “layk” etdiyinə görə ölkənin ən yaxşı diplomatlarını işdən azad etmək heç bir anlayışa sığmır.
Diplomatları alçaldıcı bəyanatlar yazmağa məcbur edirlər. Bəziləri bunu SSRİ-də 30-cu illərin sonlarındakı repressiyalarla müqayisə edirlər. Deyərdim ki, indi edilənlərə hakimiyyətin marazmından başqa ad vermək olmaz. Beləsi nə 30-cu, nə 40-cı, nə də inkvizisiya illərində olub.
20 ildən çoxdur XİN sistemində işləyirəm. Bu nazirlikdə uzun illərdi dünyada ölkənin maraqlarını müdafiə edən xeyli vicdanlı və təmiz adam var.
Dünən məzuniyyətdən sonra Belçikaya qayıtmışam və Belçika XİN-in, Avropa institutlarının artıq bu biabrıçılıqdan xəbərdar olduğunu bilib, şoka düşmüşəm. Mənə rəsmən müraciət edərək, özümə və ailəmə mühafizə ayırmaq təklif edilib. İmtina etmişəm, lakin Belçika XİN-i təkid edir.
Bəzi KİV-lər Norveçdə siyasi sığınacaq axtardığım barədə məlumat yayıb. Bunu görməyəcəksiniz.
Böyük xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur.
Azərbaycan XİN-nin zərər çəkmiş diplomatlarına müraciət edirəm! Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək”