"Putin NATO"sunun sədri ermənidən Azərbaycana görə izahat istədi

18-06-2015, 14:41           
"Putin NATO"sunun sədri ermənidən Azərbaycana görə izahat istədi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bardyujanın mətbuat konfransında qalmaqal yaşanıb.

ANS PRESS-in verdiyi məlumata görə, mətbuat konfransında erməni jurnalistin Bordyujaya sualı zalda gərginlik yaradıb. Erməni jurnalist KTMT sədrindən Azərbaycana bu quruma üzvlük üçün müraciətinin izahahatını verməsini tələb edib.

Nikolay Bordyuja isə cavabında erməni jurnalistin özündən izahat tələb edib: " Əslində mən sizdən izahat istəyirəm. Mən nə zaman üzvlüklə bağlı Azərbaycana müraciət etmişəm? Heç yadımda deyil. Ancaq etiraf etməliyəm ki, bu barədə Ermənistan mətbuatında çox xəbərlər oxumuşam. Sizin mətbuata qalsa, mən çox şey demişəm. Halbuki bunlardan özümün xəbərim yoxdur. Bununla belə, Azərbaycanın üzvlüyü ilə bağlı hər halda fikrimi bildirmək istərdim. KTMT bütün dövlətlərlə əməkdaşlığa hazırdır. Əgər Azərbaycan tərəfi bizə üzvlüklə bağlı müraciət etsə, bütün üzvlərimizlə bunu dəyərləndirməyə hazırıq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.