Abşeron icra məmurları üçün nə qanun var, nə qayda... - BU FAKTDIR!

2-01-2025, 10:27           
Abşeron icra məmurları üçün nə qanun var, nə qayda... - BU FAKTDIR!
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan sakin Məmmədov Xəyal Yədulla oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"ay daxil olan müraciətdə deyilir:

"Əvvəlcə məlumat üçün bildirim ki, mən, yaxın qohumumun xahişi ilə 2013-cü ildə Abşeron rayonun Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, döngə 1, ev 66 da yaşayan Paşayev Arif Eldar oğlunun aldığı 3000 manata görə “Azəri-Türk” banka zamin durmuşdum.

Budur, Abşeron rayon İcra Şöbəsinin məmuru dekabr ayında mənə zəng edərək təcili olaraq şöbəyə gəlməyimi, A.Paşayevin ödəmədiyi kredit borcunu ( qalıq borc 2634 manat) tez bir zamanda ödəməyi bildirmişdir. Ödəmədiyim halda cəzalanacağımı bildirmişdir. O məhkəmə qərarının dərhal yerinə yetirməyimi xəbərdarlıq etdi. Mən onu başa sala bilmədim ki, məni heç bir məhkəmə dəvət etməyib ki, mən də iştirak edib öz etirazımı bildirim. İndi ortalıqdn 11 il keçdikdən sonra kredit borcu olan və Abşeron İcra Şöbəsinin qonşuluğunda yaşayan Arif Paşayevi tapıb ondan borcun ödənilməsini tələb etmək əvəzinə, mən zaminin üstünə düşüb özbaşnalıq edir.

Xatırladım ki, mən Azərbaycan Dəmir Yolarında adi bir fəhlə işləyirəm. Və 490 manat maş alıram. 5 nəfərdən ibarət ailə üzvlərim var. Və evə çörək gətirən də tək mənəm. İndi necə məktəb uşaqlarını dolandırım? Bu çox pis haldır. İndi mənim 2634 manat pulu ödəməyə madi imkanım yoxdur.

Çox hörmətli, Prezident İlham Əliyev və nazir Fərid müəllim. Mən Sizlərdən çox xahiş edirəm ki, Abşeron Rayon İcra Şöbəsi məmurlarının mənə qarşı təzyiqlərini və mənim əməkhaqqımı tam banka yönəltmək hədələrinin qarşısının alınması üçün qanunun tələb etdiyi işlərin icra olunmasını onlara başa salasınız. İlk növbədə kreditorun özünü dəvət edib borcun ödənilməsini, bu mümkün olmadıqda isə ödənuişin onun əmlaklarına yönəldilməsinin icra olunmasını başa salasınız. Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.