Lavrovla danışıqlar Məmmədyarovun xoşuna gəlməyib: “Optimist deyiləm...”

31-01-2017, 15:59           
Lavrovla danışıqlar Məmmədyarovun xoşuna gəlməyib: “Optimist deyiləm...”
Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir.

Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Qətər xarici işlər naziri ilə Bakıda keçirdiyi brifinqdə jurnalistlərə bildirib. Bununla belə nazir deyib ki, Lavrovla danışıqlar ümidverici olmayıb.

“Mən Moskvadakı danışıqların yekunu ilə bağlı optimizm ifadə edə bilmərəm”-Məmmədyarov bildirib.

* * *12:38

"Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik".

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu, birinci addımdır: "Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək yollar, su ilə bağlı arayışlar təqdim edilsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.