Prezident İlham Əliyev Brüsselə gedir –Avropa İttifaqı ilə yeni saziş müzakirə olunacaq
4-02-2017, 09:10
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı ilə yeni partnyorluq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etmək üçün Brüsselə gedir.
Bu barədə Qərb mənbələri məlumat yayıb.
Məlumata görə prezident gələn həftənin əvvəli, bazar ertəsi Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək.
Görüşdə Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtləri müzakirə olunacaq. Avropa Komissiyasının xarici işlər üzrə Xidmətinin direktoru Tomas Meyr-Hartinq bildirib ki, bu həftə Aİ-nin iki yüksək rütbəli rəsmisi Bakıda prezident İlham Əliyevlə görüşərək ikitərəfli münasibətləri müzakirə edib. Meyr-Hartinq Azərbaycanı "mühüm patnyor” adlandırıb.
Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Assosiyasiya sazişindən imtina edərək Brüsselə qarşılıqlı maraqlara əsaslanan üstün partnyorluq razılaşmasının imzalanmasını təklif edib.
Əvvəllər Brüssel bu variantla razı deyildi, lakin daha sonra Azərbaycanla ikitərəfli tərəfdaşlıq sazişinə dair danışıqlara başlamağa razılaşıb.