MALİYYƏ NAZİRİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU – S.Məmmədov nazir təyin olunub

7-02-2017, 09:07           

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 fevral 2017- ci il tarixli Sərəncamı ilə Xalid Səməd oğlu İsgəndərov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

Strateq.az “Şərq qapısı” qəzetinə istinadla xəbər verir ki, Ali Məclis Sədrinin həmin tarixli növbəti Sərəncamı ilə Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin olunub.

Səbuhi Məmmədov indiyədək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru