İlham Əliyev fərman imzaladı
13-02-2017, 20:31

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1563; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1148 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:
1.1. 5.3-cü bənddə “bir” sözü “iki” sözü ilə əvəz edilsin.
1.2. 5.4-cü bənddə “müavini” sözü “müavinləri” sözü ilə, “ona” sözü “onlara” sözü ilə, “daşıyır” sözü “daşıyırlar” sözü ilə əvəz edilsin.
1.3. 5.5.3-cü yarımbənddə “müavininin” sözü “müavinlərinin” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.