Ziya Məmmədovun qardaşı da danışdı - "Vaxt gələr hər şeyə qiymət verilər"

13-02-2017, 20:36           
Ziya Məmmədovun qardaşı da danışdı - "Vaxt gələr hər şeyə qiymət verilər"
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirilib.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Unikal.org-a məsələ ilə bağlı danışıb. O, bu barədə deyib:

"Mən qardaşım Ziya Məmmədovun vətənə, ölkə başçısına sədaqətinə görə, ölkə və xalqı üçün gördüyü işlərdən dolayı hər zaman qürur duymuşam, bu gün də bu qürur duyuram. Fəxr edirəm ki, Ziya Məmmədov kimi qardaşım var. Təki vəzifədə olan insanların hamısı Ziya Məmmədov kimi ölkə rəhbərinə, və xalqına xidmət eləsinlər. Ziya müəllim əsl Azərbaycan vətəndaşıdır. Cənab prezidentin işdən azadetmə ilə bağlı sərəncamı müzakirə mövzusu ola bilməz.”

Ziya Məmmədovun gələcəkdə vitsə prezident olacağı ilə bağlı gəzən söhbətlər barədə E.Məmmədov bunları deyib: "Bu məsələ müzakirə mövzusu ola bilməz. Kantın belə bir aforizmi var: Bunları buraxaq zamanının ixtiyarına. Vaxt gələr hər şeyə qiymət verilər.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru