Bu banklar dollar satmaqdan imtina etdi

14-02-2017, 17:10           

Bu gün Azərbaycan bankları arasında daha 4 bank dolları satmaqdan imtina edib.
Bizimxeber.az xəbər verir ki, Fins.az-ın araşdırmasına görə, “Günaybank” artıq iki gündür ki, kassasında dollar olmadığına görə, dollar satışını həyata keçirmir.

“Bank Respublika”, “Atabank” və “Naxçıvanbank” isə bu gündən satışı dayandırıb.
Qeyd edək ki, sadalanan banklar arasında bəziləri dolların alışını həyata keçirirlər.
Xatırladaq ki, “Paşabank” artıq uzun zamandır ki, yalnız öz müştərilərinə dollar satdığını bəyan edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru