NİDA-çıdan gözlənilməz açıqlama: “Mən DTX-nin agenti idim”

14-02-2017, 20:53           

NİDA Vətəndaş Hərəkatı təşkilatının sabiq üzvü Rəşad Həsənov Avropaya mühacirət edib. Azərbaycanı tərk etdikdən sonra müxalifətçi gənc gözlənilmədən DTX agenti olduğunu açıqalyıb.

Rəşad Həsənovun sözlərinə görə, həbsxanadan buraxılmazdan əvvəl xüsusi xidmət orqanlarının əməkdaşları cəzaçəkmə müəssisəsinə gələrək onunla görüşüblər. Ondan iltizam imzalamağı tələb ediblər. İltizamın məğzi isə bundan ibarət olub ki, azadlıqda olanda xarici dövlətlərin xüsusi xidmət orqanı əməkdaşları ona yaxınlaşarsa, bu barədə məlumatlandırsın.

Azadlığa çıxandan sonra R.Həsənov hər ay DTX əməkdaşları ilə görüşüb. Onunla görüşən ictimai şəxslər, Beynəlxalq təşkilatlarla keçirdiyi görüşlər qrantlar haqqında sualları cavablandırıb.

Müxalifətçi gənc deyir ki, vicdan əzabı çəkib, müxalifət düşərgəsindən kənarlaşmaq və heç kimə zərər vermək istəməyib.

Bu vəziyyət uzun müddət davam edib. Nəhayət, yanvarın sonunda baş verən bir hadisə dözülməz hal alıb və ölkədən qaçmağa qərar verib. Əvvəl Amerikaya getmək istəsə də, sonradan fikrini dəyişib və Avropa ölkələrindən birinə üz tutub.

R.Həsənovun dostları onun DTX ilə əməkdaşlığına son dərəcə neqativ yanaşıblar. Bundan bir qədər sonra isə NİDA VH-nın İdarə Heyətinin üzvü Rəşadət Axundov təşkilatı tərk edib.

R.Həsənovun və NİDA təşkilatının ünvanına radikal fikirlər səsləndirənlərin arasında müxalifət üzvləri ilə yanaşı, jurnalist Xədicə İsmayılova da var. (virtualaz.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.