Azərbaycanı hədələyən terrorçu məhv edildi – FOTO

15-02-2017, 09:35           
Azərbaycanı hədələyən terrorçu məhv edildi – FOTO
5 fevralda youtube-da İŞİD terrorçusunun Azərbaycan auditoriyasına ünvanlanmış video-müraciəti yayılmışdı. Öz video-müraciətində terrorçu Azərbaycanda teraktlar və xarici turistlərin öldürüləcəkləri təhdidi ilə çıxış edirdi.

Terrorçu, Üsamə bin Ladeni yamsılayaraq, divarın yanına qoyulmuş iki “Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını hədələyirdi.

Ancaq bir neçə saat əvvəl “feysbuk” sosial şəbəkəsində bu terrorçunun cəsədinin şəkli yayılıb. Çıxışın və bu terrorçunun məhv edilməsinin dəqiq tarixləri məlum deyil. Tamamilə mümkündür ki, öz video-müraciətini o, sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.(virtualaz)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru