«Hazırda Rusiyada vəziyyət nasist Almaniyasında olduğu kimidir»

15-02-2017, 09:38           
«Hazırda Rusiyada vəziyyət nasist Almaniyasında olduğu kimidir»
Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan eks-deputatı Denis Voronenkov «Senzor.Net» nəşrinə müsahibəsində Moskvanın Donbasa yönəlik siyasətini tənqid atəşinə tutub və Rusiya Federasiyasını nasist Almaniyası ilə müqayisə edib.

«Hazırda Rusiyada vəziyyət Hitlerin nasist Almaniyasında olduğu kimidir. Hamı bilirdi ki, Hitler yəhudiləri məhv edəcək, amma uzun illər onunla əməkdaşlıq etdilər – özlərini elə göstərdilər ki, guya heç nə baş vermir. Bütöv bir dövlət məhz psevdovətənpərvərlik mühitində ağlını itirdi. Bir çox şeylər indi Rusiyada təkrar olunur» – deyə, eks-deputat bəyan edib.

Voronenkovun fikrincə Krım rusiyalılar üçün «lakmus kağızı» oldu – vətəndaşları «qonşudan nəyi isə «sp…itğ» (qeyri-senzor kəlmədir və çırpışdırmaq mənasına gəlir- red.) eləmək ideyası ətrafında» birləşdirdi. Eks-deputat ukraynalıları iradə nümayiş etdirməyə və «Kremlin Ukraynanı sıxışdırmaq və sındırmaq siyasətinə qarşı çıxmağa» çağırıb.

Voronenkov Rusiya Kommunist partiyasını da tənqid atəşinə tutub. O, deyib ki, partiyanın insan haqları uğrunda mifik mübarizəsi yalnız «demaqogiya ilə sərhədlənir».

Eks-deputat izləndiyindən də şikayətlənib: «Mən, qüvvədə olan qanunvericiliyin əksinə olaraq, 7 il gün ərzində davamlı izlənməyə məruz qalmışam və bunu özüm də bilmişəm. Mənim bütün telefonlarım dinlənilib, bütün ailə üzvlərim izlənib. Mətbuatda mənim şəxsi həyatımla bağlı müxtəlif materiallar dərc olunub – mən haradayam, hara getmişəm, kiminlə getmişəm?..».

Eks-deputat Ukrayna vətəndaşlığı aldığı barədə informasiyanı da təsdiqləyib. Bu, hələ ötən il dekabrın 6-da baş verib – onun deputat səlahiyyətlərinin bitməsindən iki gün sonra.
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.