Daşqın Ağalarlını da Tbilisi polisi saxlayıb...

31-05-2017, 00:31           

AXC hakimiyyəti dövründə Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmiş, hazırda Gürcüstanda mühacir həyatı yaşayan Daşqın Ağalarlının gürcü polisi tərəfindən saxlanılması haqda məlumat var.

Sozcu.az xəbər verir ki, bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev özünün "Facebook" səhifəsində yazaraq məlumat verib:

"Dostlar, qonşu Gürcüstandan üzücü xəbərlər gəlməkdədir. Jurnalist Efqan Muxtarlinın oğurlanaraq Bakıya gətirilməsinin ardınca az öncə digər siyasi mühacir Dashgin Aghalarlinın Gürcüstan polisi tərəfindən saxlandığı barədə məlumat aldım. O da ölkədən çıxarıla və ya Azərbaycana təhvil verilə bilər.

Əldə etdiyimiz, hələ təsdiq olunmayan məlumata görə Əfqan bəylə bağlı mətbuat konfransından sonra Daşqın bəy yerli polis tərəfindən saxlanılıb və hazırda o Tbilisidə polis bölməsindədir, ifadə verir. Özü zəng edərək bu barədə məlumatı verə bilib və hazırda dostlar polis bölməsindədir.

Təəssüf ki, Avropaya üz tutan Gürcüstan özü irticaya boyun əyməkdədir.
Gəlin təqiblərə, təzyiqlərə məruz qalan bütün mühacir soydaşlarımıza, qanunsuz həbs olunanlara dəstəyimizi davam etdirək.

Unutmayaq ki, bu davanın, mübarizənin bir adı var- Azərbaycan davası. Gəlin Azərbaycan davası aparan mübariz dostlarımızı tək qoymayaq!"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.