Dağlıq Qarabağ bu şəkildə azad edilməlidir - Markov

22-09-2017, 12:07           
Dağlıq Qarabağ bu şəkildə azad edilməlidir - Markov
Dağlıq Qarabağ konfliktininin həllinə Kazan formulu yardım edəcək.

Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov söyləyib.

“Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhliz, blokadanın ləğv edilməsi və bölgənin hərbisizləşdirilməsinə qarşılıq olaraq boşaldılmalıdır. Bundan sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibinə mərhələli şəkildə iqtisadi, sosial və humanitar inteqrasiyası başlamalıdır. İlham Əliyevin BMT-nin Baş Assambleyasında Ermənistanı hərbi cinayətkarın idarə etməsi haqqında fikirləri İrəvanın zəifləyən mövqeyini daha da çətinləşdirəcək. Digər tərəfdən, Xocalı məsələsi daha da aktuallaşır, daha çox diqqət cəlb edir və imkan verir ki, daha geniş meydanlarda bunun həqiqətən cinayət olması tanıdılsın. Ermənistan rəhbərliyinin sülh yoluna çıxmaq üçün Kazan formulunu qəbul etməsi məntiqli olardı, amma o özünün radikal diasporundan qorxur”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru