Mustafa Bərzaninin KQB-dəki kod adı “Rəis” imiş – “SMERŞ” QRUPU VƏ PEŞMƏRGƏLƏR
28-09-2017, 23:39
- “Yeri gəlmişkən, Sudaplatov kimi bir adamın Mustafa Bərzani ilə əlaqə qurması o dövrdə sovetlərin bərzanilərdə necə bir potensial gördüklərini də ortaya qoymaqdadır. Çünki Sudaplatov adi bir KQB əməkdaşı deyildi. Trotskinin öldürülüməsi və atom bombası sirlərinin Amerikadan oğurlanması kimi əməliyyatlarda daim bu adamın barmağı olduğu aşkara çıxır”.
- “İraq rejimini 1970-ci illərdə İraq hökumətini kürdlərə muxtariyyət verməyə razı salan sovet diplomatı Primakov, bir müddət jurnalist maskası altında KQB agenti kimi Şimali İraqda aylarla fəaliyyət göstərib.”
Hurriyyet.org xəbər verir ki, Yaxın Şərqi parçalamaq niyyəti güdən qüvvələrin içərisində Rusiya da vardır.
Hələ 10 il bundan əvvəl Türkiyə mətbuatında Məsud Bərzaninin atası Mustafa Bərzaninin KQB agenti olması barədə məlumat verilib.
http://www.iyibilgi.com/haber.php?haber_id=18387&do=print ünvanlı yazını diqqətinizə çatdırırq.
Bərzanilərin gizli tarixi: Əvvəlcə KQB, sonra CİA!
15 aprel 2007
Əgər KQB əməkdaşı Mustafanın oğlu SİA əməkdaşı Məsud “Kürd dövlətinə qarışsanız, biz də Diyarbəkirə qarışarıq” deyirsə, bunu dedirdən qüvvə, Şimali İraqda deyil, Vaşinqtonda “Ağ”a boyanmış evdə oturan kovboy şapkalı birisidir.
Bərzani familyasının bu gün gördüyü işlərdən baş çıxarmağımız üçün bu qəribə ailənin keçmişinə dönüb baxmağımız lazımdır. Bərzani ailəsinin keçmişinə, xüsusilə də Məsud Bərzaninin atası və özlərinin böyük qəhrəman hesab elədikləri Mustafa Bərzanin həyatına baxdığımız zaman qarşımıza idelist bir şəxdən daha çox pul yelləri haradan əsirsə, həmin səmtə yönələn bir fiqur çıxmaqdadır. Bu gün Məsud Bərzani Amerika üçün kimdirsə, keçmişdə atası Mustafa Bərzani də Sovet İttifaqı üçün o demək idi. Mustafa Bərzani maaşlı bir sovet KQB agenti idi və KQB dosyalarındakı kod adı “Rəis” idi. Bu gün müstəqillik qəhrəmanı kimi təqdim edilən Bərzanilərin keçmiş əlaqələrini Şimali İraqda hamı bilməkdədir, amma bunları deyənlər ya işgəncəyə məruz qalır, ya da aradan götürlürlər. Çünki Məsud Bərzani atasının bir xalq qəhrəmanı deyil, adi bir KQB agenti olduğu reallığından utanmaqda və bunu gizlətməyə çalışmaqdadır. Bəli, Mustafa Bərzaninin KQB sıralarına daxil olmasına səbəb olan hadisələr necə cərəyan edib.
Sovet İttifaqının bir müddət mənfəətlərinə uyğun gördükləri üçün İranda qurdurduqları süni Kürd dövləti olan Mahabad respublikası 1946-cı ildə planların dəyişməsi ilə ortadan qaldırılmış, dövlət qurulması ilə fərəhlənənlər təqiblərdən qaçmağa başlamışlar. Bu qaçaqlardan biri də Məsud Bərzaninin atası Mustafa idi. Yanındaki bir neçə yüz peşmərgəsi ilə birlikdə Sovet İttifaqına üz tutan Mustafa Bərzani Moskvanın sərt soyuqlarına alışmadığı üçün Bakı şəhərində yerləşdirilir..
1947-ci ildə Bakıda KQB-nin sui-qəsd və başqa ölkələrdə daxili qarışıqlıq yaratmaq əməliyyatları ilə məşğul olan SMERSH qrupunun üzvü Sudaplatov onunla əlaqəyə qurur. Yeri gəlmişkən, SMERSH sözünün açması rus dilində “smert şpionam” – “casuslara ölüm” kəlmələrindən törəmişdir və Stalin dövründə Qərb agentlərini tutub öldürmək vəzifəsini yerinə yetirən bir qrup olaraq qurulub, daha sonra isə işi başqa ölkələrdə qarışıqlıq törətmək olmuşdur.
Biz ata Bərzaninin macəralarına dönək – SMERSH ilə keçirdiyi görüş zamanı özü və yanında gətirdiyi peşmərgələrə xüsusi KQB müəssisələrində partizan təlimi keçirilməsinə, daha sonra da təpədən-dırnağa qədər silahlandırılıb İraqa geri göndərilmələri qərara alındı. Yeri gəlmişkən, Sudaplatov kimi bir adamın Mustafa Bərzani ilə əlaqə qurması o dövrdə sovetlərin bərzanilərdə necə bir potensial gördüklərini də ortaya qoymaqdadır. Çünki Sudaplatov adi bir KQB əməkdaşı deyildi. Trotskinin öldürülüməsi və atom bombası sirlərinin Amerikadan oğurlanması kimi əməliyyatlarda daim bu adamın barmağı olduğu aşkara çıxır.
Əslində Bərzani ailəsinin ruslarla olan münasibətləri daha da qədimdir. Birinci Dünya müharibəsindən əvvəl İraq torpaqları Osmanlı idarəsində və Bərzanilər də Osmanlı vətəndaşı ikən dövrünün aşirət (tayfa) şeyxi Şeyx Əbdül Səlam nədənsə Rusiyaya tətilə gedib və o dövrdən sonra Bərzani aşirəti ruslardan altmış dəfədən artıq silah və pul yardımı alıb. Bu şeyx əfəndinin ruslara əl açdığı gündən bir neçə il sonra Osmanlı dövləti ilə Rusiya arasında müharibə olub. Qısası, Bərzanilər o dövrdə də vətəndaşı olduqları Osmanlını həm Rusiyaya, həm də daha sonra bildiyiniz kimi ingilislərə satmışdılar. Çox maraqlı ailədir, elə deyilmi? 1961-ci ilə qədər Mustafa Bərzani və seçmə peşmərgələri Sovet KQG müəssisələrinə partizan təlimi almağa davam ediblər.
1961-ci ildə o dövrün KQB rəhbəri Şelepin dövrün sovet lideri Xruşevə bir təklif edib. Amerika, İran və Türkiyənin Sovetlər qarşısındakı ittifaqlarını zəiflətmək üçün bir kürd üsyanı təşkil eləmələrinin lazım olduğunu, bunu üçün də uzun müddət ərzində təlim verdikləri Mustafa Bərzani və peşmərgələrindən istifadə edəcəklərini deyib. Bu plana görə, üsyan birinci mərhələdə İraqda başlanacaq və daha sonra aşirət bağlantıları sayəsində Türkiyə və İrana yayılacaqdı. Belə bir qiyam, İraqdakı Qərb tərəfdarı olan hökuməti sıxışdıracaq, Qərbin neft nəqli yollarını kəsəcək və Türkiyədəki Amerika bazalarını təhlükəyə atacaqdı.
Xruşev bu plana səs verməkdə gecikmədiyi üçün KQB tərəfindən təmin edilən pul və silahlarla Mustafa Bərzani dərhal Şimali İraqa keçərək ilk qiyamlara başladı.
Moskva 700 nəfərə qədər peşmərgəyə də yüksək səviyyəli hərbi təlim vermişdi. Partlayıcı mütəxəssisliyi, radar operatorluğu kimi bacarıqlar öyrədilən bu peşmərgələr tədricən Şimali İraqa sızdırılacaq, beləliklə, sovetlərin müdaxiləsi diqqəti cəlb eləməyəcəkdi.
Bu ilk qiyamdan sonra da bərzanilərin sovetlərlə əlaqələri davam elədi, hətta daha sonra, İraq rejimini 1970-ci illərdə İraq hökumətini kürdlərə muxtariyyət verməyə razı salan sovet diplomatı Primakov, bir müddət jurnalist maskası altında KQB agenti kimi Şimali İraqda aylarla fəaliyyət göstərib. İllər sonra dünya siyasətində balans dəyişikliyindən sonra kürdlərdən kifayət qədər istifadə elədiklərini düşünən və yeni İraq Baas rejimini ələ almaq istəyən Sovet rejimi bərzanilərə arxa çevirib, bundan sonra da Bərzani ailəsi CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi), MOSSAD çətirləri altına sığınmışdı. Soyuq Müharibə illərində vəziyətdən asılı olaraq, gah KQB, gah da CİA ilə əməkdaşlıq edən bərzanilərin Soyuq Müharibədən sonra macəralarını və Amerikanın regiondakı uzantısı olduqlarını başa salmağa gərək yoxdur.
Buna görə də, Bərzaninin atdığı addımların arxasında kimin durduğunu isbat eləmək də lazım deyil.
Tərcümə Hurriyyet.org-undur.