Misir Mərdanov danışmağa çəkindi: - “Məni bu məsələlərə qatmayın”

29-09-2017, 17:50           
Misir Mərdanov danışmağa çəkindi: - “Məni bu məsələlərə qatmayın”
Keçmiş təhsil naziri Misir Mərdanov ölkədə orta məktəblərin pullu olacağı haqda məlumata münasibət bildirmək istəməyib.

Yenicag.az-ın sözügedən mövzu ilə bağlı sualını cavablandırmaqdan yayınan Misir Mərdanov bunları söyləməklə kifayətlənib:

“Dediyiniz işlərə aidiyyatım yoxdur, məni bu məsələlərə qatmayın”.
Qeyd edək ki, 1998-2013-cü illərdə təhsil naziri olmuş Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və mexanika İnstitutunun direktorudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru