Spiker Oqtay Əsədov ATƏT-in xüsusi nümayəndəsinə “saxtakar” dedi:“Belə adamın vəzifəyə edilməsi yanlışdır“

2-10-2017, 23:28           

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini saxtakarlıqda ittiham edib.

O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, belə bir adamın bu vəzifəyə təyin edilməsi düzgün deyil: "O bu yaxınlarda Azərbaycanda səfərdə oldu. Bildirdi ki, regiona səfəri çərçivəsində ancaq parlamentdə və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək. Burdan sonra Ermənistana səfər etdi, orada Ermənistan rəhbərliyi ilə və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirdi. Bu onun nə qədər saxtakar olduğunu, ikili standartlara xidmət etdiyini göstərir. Belə bir adamın tələsik belə vəzifəyə edilməsinin özü də yanlışdır".

Spiker Azərbaycan prezidentinin BMT tribunasından qərb təşkilatlarının ikili standartlara yol verməsini bəyan etdiyini də xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru