Filippo Qrandi: İlin əvvəlindən dünyada 2 milyondan çox insan qaçqın düşüb

3-10-2017, 08:27           
Filippo Qrandi: İlin əvvəlindən dünyada 2 milyondan çox insan qaçqın düşüb
2017-ci ilin əvvəlindən dünyada 2 milyondan çox insan öz ölkəsini tərk edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bəyan edib.

F.Qrandi bildirib ki, 2016-cı ilin sonunda dünyada 65,6 milyon məcburi köçkün qeydə alınıb.

“Son 5 il ərzində qaçqın və məcburi köçkünlərin sayında artım tendensiyası qeydə alınıb”, deyə Ali komissar vurğulayıb. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərinin sayına görə Suriya liderdir.

Qeyd edək ki, Cenevrədə BMT Ali Komissarının Qaçqınlarla İş üzrə İdarəsinin İcraiyyə Komitəsinin 68-ci sessiyası keçirilir. Sessiyanın işi oktyabrın 6-dək davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.