Rusiya ilə ABŞ RAZILAŞDI – BİRGƏ AÇIQLAMA

11-11-2017, 12:58           
Rusiya ilə ABŞ RAZILAŞDI – BİRGƏ AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp, Vyetnamın Danang şəhərində keçirilən ASİƏF sammitində bir araya gəlib.

Kremlin sözçüsü Dimitry Peskov, iki liderin Suriya haqqında birgə bəyanat verməyi qəbul etdiyini bildirib.
Açıqlamanın, iki prezidentin görüşməsi üçün xüsusi olaraq hazırlandığı qeyd olunub.
Açıqlamada, iki liderin terror təşkilatı İŞİD-lə birgə mübarizənin davam etdirilməsi və təhlükəli hadisələrin qarşısının alınması üçün birgə rabitə kanallarının yaradılması üçün razılığa gəldikləri qeyd olunub.
İki lider, Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə bağlılıqları üzərində də anlaşmaya varıblar.
Suriyada hərbi həllin olmadığına vurğu edilən anlaşmada, bütün tərəflər Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında Cenevrə sülh prosesinə dəvət edilib.
Müxalifət.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru