Mənsimovun şirkətində yoxlama aparılmayıb? - Açıqlama

21-11-2017, 16:36           
Mənsimovun şirkətində yoxlama aparılmayıb? - Açıqlama
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin Rusiya nümayəndəliyində yoxlamalar aparması haqda yayılan xəbərlərə aydınlıq gətirilib.

“Palmali” şirkətinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, bu məlumatlar tamamilə yalnışdır.

“Xəbər tamamilə yalandır. Heç bir yoxlama aparılmayıb. Rusiya qanuni dövlətdir. Belə çirkin xəbərləri yayanalar barəsində kifayət qədər məlumatımız var”- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Mənsimova məxsus şirkətdə yoxlamalar aparılması barədə xəbəri “Russia Today” saytı yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru