“Bu cür hallar Azərbaycanın imicinə ciddi zərər vurur” — Dövlət Gömrük Komitəsinin eks sədrindən SƏRT AÇIQLAMA

21-11-2017, 22:51           

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri, Bakı Dövlət Universitetinin (BDU) dosenti İbrahim Vəliyev hava limanında gömrük əməkdaşlarının tanınmış rejissor və azyaşlı uşaqlarına qarşı yol verdiyi süründürməçilik hallarına münasibət bildirib.

teref.az xəbər verir ki, İ.Vəliyev "Ölkə.Az”-a açıqlamasında deyib ki, DGK əməkdaşları tərəfindən bu cür halların təkrarlanması yolverilməzdir:

"Məsuliyyətsizlik, diqqətsizlik və etik qaydaları gözləməmək hər yerdə qınaq obyekti olmalıdır. Əgər ciddi əsası olmadan insanların saatlarla gözlədilməsi, süründürülməsi yolverilməz haldır. Hətta, qanun pozan adamlar barəsində tədbir görülən zaman da etik normalar gözlənilməlidir, süründürməçilik olmamalıdır. Mən baş verən bu cür halları qınayıram”.

Keçmiş sədr DGK əməkdaşlarının insanlarla normal qaydada davranmasını tövsiyə edib:

"Sərhəd gömrük keçid məntəqələri ölkənin giriş qapısı sayılır. Azərbaycana gələn hər bir əcnəbi ölkəmiz haqqında ilk təəssüratı məhz gömrükdən keçən zaman alır. Bu yaxşı da, pis də ola bilər. Çox təəssüf ki, DGK əməkdaşlarının bu cür neqativ hallara yol verməsi Azərbaycanın imicinə ciddi zərər vurur, ləkə gətirir. Ona görə də sərhəd gömrük keçid məntəqələrinə etikalı, mənəviyyatlı adamları işə almaq lazımdır”.
“Bu cür hallar Azərbaycanın imicinə ciddi zərər vurur” — Dövlət Gömrük Komitəsinin eks sədrindən SƏRT AÇIQLAMA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.