“Bu gün Tarif Şurası deyə bilərmi ki, qiymət yenə qalxacaq, ya yox?” - deputat

22-11-2017, 19:23           
“Bu gün Tarif Şurası deyə bilərmi ki, qiymət yenə qalxacaq, ya yox?” - deputat
2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli öncə hökumətə sual etdi: “Burada neçə faiz deputatın təklifləri qəbul olunacaq?” T.Kərimli neftin qiymətinin 45 dollardan götürülməsinə etiraz etdi: “Heç bir beynəlxalq təşkilat 50 dollardan aşağı proqnoz vemir. Niyə bizim qurumlar hesab edir ki, qiymət aşağı olacaq?

Vətəndaşın heç bir günahı yoxdur ki, devalvasiya gedib və vətəndaşın banka əlavə borcu yaranıb. Ona görə də dövlət bu borcun heç olmasa üçdə bir hissəsini öz üzərinə götürməlidir.

T.Kərimli Gürcüstanın keçmiş baş nazirinin universitet tikintisinə 1 milyard avro ayırdığını xatırlatdı: “Amma bizimkilər daha çox pullarını xaricdə gizlətməyə üstünlük verir. Ökədə maliyyə amnistiyası verilməlidir ki, pullar xaricə çıxarılmasın”.

Deputat bahalaşma ilə bağlı da sual etdi: “Bu gün Tarif Şurası deyə bilərmi ki, qiymət yenə qalxacaq, ya yox? Ya Tarif Şurasına nazirlərin özləri daxil olsun, ya da höumət özü Tarif Şurasının funksiyasını öz üzərinə götürsün. Yoxsa biz məsələni atırıq tarif Şurasının üzərinə”.
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru