Maksim Şevçenko: "Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir"

24-11-2017, 09:20           
Maksim Şevçenko: "Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir"
"Dağlıq Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir və Rusiya hazırkı vəziyyətdə özünü daha fəal aparmalı və Bakını dəstəkləməlidir",
“Report” xəbər verir ki, bunu noyabrın 22-də Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş Dəyirmi masada Rusiyanın İzbor klubunun üzvü Maksim Şevçenko deyib.
Ekspertin rəyinə görə, dialoq üç ölkə – İran, Türkiyə və Rusiya arasında aparılmalıdır. Şevçenko həmçinin bildirib ki, öz torpaqlarından didərgin düşən insanları da unutmaq olmaz.
"Onların və ya varislərinin geri qayıtması məsələsini sərt şəkildə qoymaq lazımdır. Bunsuz heç bir həlldən söhbət belə gedə bilməz", - deyə o əlavə edib.
M.Şevçenkonun sözlərinə görə, ABŞ və Avropa İttifaqı bu məsələni həll edə bilmir və bunu istəmir. Bunu yalnız Tehran-Moskva-Ankara dialoqu çərçivəsində etmək olar.
Şevçenko bildirib ki, hazırda Dağlıq Qarabağla bağlı vəziyyət Rusiyanın nəzarəti altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru