Avropa İttifaqından Ermənistana sərt şillə - VİDEO

24-11-2017, 20:33           
Avropa İttifaqından Ermənistana sərt şillə - VİDEO
Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər.

teref.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Avropa İttifaqı bununla bağlı Ermənistana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, vəziyyət düzəlmir. Beynəlxalq qurumun ayrılan pulların mənimsənilməsi səbəbindən hər il 1 milyard avro itirdiyi bildirilir. Bunun əsas hissəsi Ermənistanın üzərinə düşür. Ötən il Avropa İttifaqı bu ölkəyə maliyyə yardımını dayandıracağı ilə bağlı xəbərdarlıq da edib. Çünki beynəlxalq qurum büdcədən ayrılan vəsaitin məqsədyönlü şəkildə xərclənməsinin marağında olsa da, Ermənistanda daim problemlərlə üzləşir. Hakimiyyət bu pulları istiqaməti üzrə yox, başqa məqsədlərə xərcləyir. Ona görə də Ermənistanda hər ötən il iqtisadi böhran bir qədər də dərinləşir.

2018-ci ildə də Ermənistanın büdcə kəsiri və dövlət borcu artacaq. Bu haqda parlamentin büdcə müzakirələri zamanı ölkənin Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilir ki, ölkənin xarici borcu artıq gəlirləri 60 faiz üstələyir. Gələn il büdcə kəsiri 156,9 milyard dram təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 3,8 faiz çoxdur. Bundan başqa, 2018-ci ilin yekunu üzrə Ermənistanın dövlət borcu 7 milyard dollara yaxınlaşacaq. Bu isə defoltu sürətləndirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.